Yuxarı

Putinin köməkçisindən şok açıqlamalar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin köməkçisindən şok açıqlamalar

Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi, iqtisadçı Andrey İllarionov Ukraynanı nəzarətdə saxlamaq üçün Kremlin üç ssenari üzərində baş sındırdığını açıqlayıb.

"Axar.az"ın məlumatına görə, Rusiya mediasına açıqlama verən İllarionov bildirib ki, yaxın həftələrdə təzyiqlər daha da geniş vüsət alacaq:

"Hazırda Ukrayna məhsullarının daşınması 10-15 gün gecikdirilir. Rusiya kanallarında fasiləsiz olaraq Ukraynada rus xalqına qarşı əsl genosid aktının törədilməsi təbliğatı aparılır.Vurğulanr ki, hakimiyyətə gəlmək istəyənlər əsl faşist xüsusiyyətlidirlər".

Bununla paralel olaraq, Rusiya Luqansk vilayəti və Krımda da öz təsirini artırmaqdadır: "Rus xalqını qorumaq adı altında Luqanska çoxlu sayda Don kazakları gətirilib. "Gecə canavarları" bayker klubu üzvləri və "Volqoqrad kazakları" isə ayağa qalxan gənclərin səslərini boğmaq üçün Sevastopola göndərilib. Həmin şəxslər mütəşəkkil şəkildə hazırlıq proqramı keçiblər və yaxın 7-10 gün ərzində gərginlik artan xətt üzrə inkişaf edəcək. Hətta Rusiya Soçi olimpiya oyunlarının baş çatmasını belə gözləməyəcək. Putin iqtidarı Ukraynaya qarşı irimiqyaslı təzyiqlərə start verəcək, ehtiyac görsələr, silah da işlədəcəklər. Bu faktı Polşa Baş naziri Donald Tusk da xatırlatmışdı".

Tarix
2014.02.01 / 15:40
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla