Yuxarı

60 yaşlı təyyarələr düşmənləri qorxuda bilməz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
60 yaşlı təyyarələr düşmənləri qorxuda bilməz

60 yaşlı B-52 təyyarələri ABŞ-ın düşmənlərini qorxuda bilməz.

Axar.az xəbər verir ki, bu sözləri "Vaşinqton Tayms" qəzetinin müxbiri Tod Vud ABŞ-ın mübahisəli bölgələrə B-52 tipli nüvə başlığı daşıyan təyyarələr göndərməsinə münasibət bildirərkən deyib.

"Son zamanlar təhlükə yaradan rejimlərin yerləşdiyi bölgələrə B-52 təyyarələri göndərilir. Görünür, Barak Obamanın başçılıq etdiyi milli təhlükəsizlik komandasının üzvləri 60 yaşlı təyyarələrin düşmənləri qorxudacağını düşünür. B-52 nüvə başlığı daşımaq imkanlarına malik bombardmançı təyyarədir. Lakin son texnologiyalara malik havadan müdafiə sistemlərinin qarşısında sözügedən təyyarələr olduqca zəifdir. Əsas olan havada üstünlüyü təmin etməkdir", - Vud vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya hidrogen bombasını sınaqdan keçirdikdən sonra ABŞ Koreya yarımadasında B-52 tipli nüvə başlığı daşıyan təyyarələr yerləşdirmişdi. Eyni zamanda sözügedən təyyarələrdən 2-si Cənub-Şərqi Çin dənizində mübahisəli ərazilər elan edilən Sprantli adalarına da göndərilib.

Tarix
2016.01.12 / 19:26
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Nəsimi Musayev Ermənistanda dindirildi

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla