Yuxarı

İsrail raketlərlə vuruldu: ölənlərin sayı artır - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023.10.07. 09:36

Bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, bir çox şəhərdə təhlükə səbəbindən həyəcan siqnalı verilib.

***

İsrail həkimləri şənbə günü səhər Qəzza zolağından atılan raketlər nəticəsində 70 yaşlı qadının öldüyünü təsdiqləyiblər.

Bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Bildirilib ki, o, Aşdod şəhəri yaxınlığındakı Qederot kəndində yaşayıb.

***

Xəstəxanaların məlumatına görə, İsrailin cənubunda və mərkəzində raket hücumları nəticəsində 100-dən çox israilli yaralanıb, onlardan bəzilərinin vəziyyəti çox ağırdır.

Bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Kuseyf şəhərinin meri Əbdüləziz Nassar bildirib ki, raketlərin şəhərə düşməsi nəticəsində 4 nəfər ölüb.

***

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.

***

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.

***

İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.

Bu barədə TASS məlumat yayıb.

Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.

***

HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 100 nəfər ölüb.

Bu barədə İsrail mediası məlumat yayıb.

Yaralananların sayının 800-ə çatdığı deyilir.

***

“HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 200-dən çox yerli sakin ölüb, 1452 nəfər yaralanıb.

Bildirilib ki, İsrail ərazisinə 3 mindən çox raket atılıb.

***

Ölənlərin sayı artıq 250 nəfərə çatıb.

Bu barədə "Yerusəlim Post" məlumat yayıb.

***

Ölənlərin sayı 300 nəfəri ötüb.

Bu barədə İsrail mediası məlumat verir.

Tarix
2023.10.08 / 02:02
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır

Kopırkindən sülh açıqlaması: Moskva nə istəyir?

Azərbaycana “petrostate” deyənlər oxusun: 2026-dən...

İsrail ordusu üzr istədi: Səhvən vurub öldürmüşük!

ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?

Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video

Azərbaycan nümayəndə heyəti NATO sessiyasına qatıldı

Britaniya XİN başçısı COP29-dan yazdı: Vacib addım...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla