Yuxarı

Fransa Ermənistana bu hərbi sistemləri verəcək - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa Ermənistana bu hərbi sistemləri verəcək - Siyahı

Fransa üç radar sistemi və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı saziş vasitəsilə Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edir.

Axar.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistan müdafiə naziri Suren Papikyanla Parisdə hərbi saziş imzaladıqdan sonra birgə mətbuat konfransında deyib.

Lekornu bildirib ki, əsas Ermənistanın “səmasını qorumaqdır”.

İki nazir “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair müqavilə və Fransanın “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükünə dair anlaşma memorandumu imzalayıb.

Lekornu bildirib ki, Fransa həmçinin Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi səylərini dəstəkləyəcək.

“Biz eyni hərbi və siyasi ittifaqların bir hissəsi olmasaq da (Ermənistanla) müdafiə əlaqələrimizi saxlayırıq. Onlar sadə bir prinsipə əsaslanır: sən özünü qorumağı bacarmalısan”, - Lekornu bildirib.

Qeyd edək ki, bu gün Ermənistan və Fransa müdafiə nazirləri hərbi saziş imzalayıblar.

Tarix
2023.10.23 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

İşdən çıxarılan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla