Yuxarı

Bunlar Ermənistanın açıq antirusiya addımıdır - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunlar Ermənistanın açıq antirusiya addımıdır - Zaxarova

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın görüşü nümayişkaranə antirusiya addımıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə antirusiya jesti kimi qiymətləndiririk”, - o bildirib.

O xatırladıb ki, bundan əvvəl Ermənistanın Baş nazirinin arvadı Anna Akopyan Kiyevə gedib:

“Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla əlaqə saxlayıb. Ermənistanın Baş naziri Paşinyan özü Qranadada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. Məncə, İrəvanda ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flört etdiklərini bilməlidirlər. Təəssüflə qeyd etmək lazımdır ki, respublikanın indiki rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi məqsədyönlü və israrla pozur”.

Zaxarova qeyd edib ki, Ermənistanın media resurslarına və onların antirusiya ritorikasına gəlincə, burada açıq rusofob kontekst var:

“Oxuyuram, baxıram. Bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını bilirik. Əgər onlar hesab edirsə ki, biz bunların kimin tərəfindən maliyələşdirildiyini bilmirik, səhv edirlər”.

Tarix
2023.11.02 / 14:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mətbuat dövlətçilik maraqlarının qorunmasında önəmli vasitədir

Erməni ailələri qərar verdi: Ağ bayraqla Həkəriyə gəlirlər

Prezidentlərin təkbətək görüşü keçirilir

İlham Əliyev Belçika Kralını təbrik etdi

İlham Əliyev Endi Börnhemi təbrik etdi

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla