Yuxarı

Kiyevə PUA hücumu: dağıntılar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevə PUA hücumu: dağıntılar var

Rusiya ordusu noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə hava hücumu edib.

Axar.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat yayıb.

O bildirib ki, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub:

“Düşmənin PUA-larının vurulması və dağıntıların olması nəticəsində Solomensk rayonundakı uşaq bağçasının ərazisində yanğın baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Fövqəladə hallar xidmətinin əməkdaşları əraziyə cəlb olunub".

Kiyev şəhər meri Vitali Kliçko isə açıqlamasında qeyd edib ki, Solomenski rayonunda bir neçə yerdə - yaşayış binasında və qeyri-yaşayış sahələrində yanğın olub:

“Həmçinin Solomenski rayonunda 11 yaşlı uşaq xəsarət alıb. Həkimlər hadisə ilə bağlı yardım göstərirlər”.

Qeyd edək ki, Kiyev şəhər Hərbi Administrasiyası paytaxta doğru yeni kamikadze dronlarının hücumunun olacağı xəbərdarlığını edib.

Tarix
2023.11.25 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

Eşq olsun Azərbaycan bayrağına! - Prezident

Türkiyə XİN Azərbaycanı təbrik etdi

İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım etdi

Müharibədən sonra ən böyük qələbə: Yeganə ölkəyik ki...

Sülhə heç kəs 100 faizlik zəmanət verməsə də... - Bayramov

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla