Yuxarı

Putin İngiltərədən Türkiyəyə hücuma keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin İngiltərədən Türkiyəyə hücuma keçdi

Rusiya Prezidenti Vladimir Putin tabeliyində olan iş adamlarını Türkiyəyə qarşı hərəkətə keçirib. Putinin yaxın dostu Aleksandr Lebedevin sahibi olduğu "İndependent" qəzeti Türkiyəni suriyalı uşaqları tekstil sektorunda işlətməkdə günahlandırıb.

Axar.az xəbər verir ki, "İndependent"in bu iddiasına Türkiyənin tekstil şirkətləri kəskin reaksiya göstərib.

"Star" qəzetinə açıqlama verən İstanbul Paltar İxracatçıları Birliyinin sədri Hikmət Tanrıverdi Türkiyəyə qarşı qaralama kampaniyasının aparıldığını bildirib:

"Gəlib 14 min ixracatçı firmamızı bir-bir yoxlasınlar. Heç bir şey tapa bilməyəcəklər".

İstanbul Tekstil və Xammal İxracatçıları Birliyinin sədri İsmayıl Güllə isə qəzetin bu məqaləsini silahsız terror kimi qiymətləndirib.

Qeyd edək ki, "İndependent"in sahibi Lebedev Putinin yaxın dostudur və uzun illər KQB-də çalışıb. "Forbes" jurnalına görə, Lebedevin 1,1 milyard dollar sərvəti var.

Ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Tarix
2016.02.02 / 12:29
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla