Ana səhifə Planet |
10:17
Ukraynanın iri şəhərləri kütləvi raket atəşinə məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Kiyev, Odessa, Dnepr, Zaporojye, Xarkov, Poltava, Sum və digər vilayətlərdə partlayışlar baş veir.
Kiyevdə dalbadal partlayışların olduğu bildirilir. Sum vilayətinin Konotop şəhərindəki ticarət-əyləncə mərkəzi yanır.
Raket zərbələri hələ də davam edir.
***
Raket hücumu nəticəsində Xarkovda 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Xarkov qubernatoru Oleq Sinequbovun sözlərinə görə, ruslar şəhəri S-300 sistemləri ilə vurub. Xəstəxana, anbar və mülki obyektlərə ciddi ziyan dəyib.
Kiyev meri Vitali Kliçko isə bildirib ki, Kiyevdə azı 14 nəfər yaralanıb. Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunda 3 nəfər hələ də dağıntılar altındadır.
“Şahid” PUA-sının zərbəsi nəticəsində Odessada çoxmərtəbəli yaşayış binası yanıb. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralananlar arasında 6 və 8 yaşlı uşaqlar da var.
Ümumilikdə bu gün Ukraynaya 22 “Şahid” PUA-sı atılıb, onlardan 18-i məhv edilib.
Dneprdə raketlərdən biri doğum evinə düşüb. Nəticədə binada yanğın başlayıb. Hücum nəticəsində 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Lvovda 10 yaşayış binası, 3 məktəb və uşaq bağçası zədələnib. 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
***
Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Zaporojye vilayətində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə Zaporojye Hərbi Vilayət Administrasiyasının rəhbəri Yuri Malaşko Teleqramda yazıb.
Bununla da bu gün Ukraynada ölənlərin sayı 19-a çatıb. Həlak olanların sayının artacağı istisna edilmir.
Onun sözlərinə görə, həmçinin bir neçə iaşə obyektinə, o cümlədən təhsil müəssisələrinə və xəstəxanalara ziyan dəyib.
***
Rusiya ordusunun Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Ən azı 128 nəfər yaralanıb.
***
Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.
Qeyd olunub ki, 134 nəfər yaralanıb.
Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib.
Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.
V. Türk sözügedən hücumu pisləyib.
***
Rusiyanın kütləvi hücumu nəticəsində ən azı 30 nəfər ölüb, 160 nəfər yaralanıb.
Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko məlumat verib.
BBC isə Ukrayna şəhərlərinə 36 PUA və 122 müxtəlif növ raketlə hücum edildiyini bildirib.
Tarix
2023.12.29 / 22:44
|
Müəllif
Axar.az
|