Yuxarı

Yaponiyada dəhşətli zəlzələlər: ölənlərin sayı artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyada dəhşətli zəlzələlər: ölənlərin sayı artdı

2024.01.01 - 12:32

Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib. Milli Meteorologiya İdarəsinin məlumatına görə, bəzi ərazilərdə sunami dalğalarının hündürlüyü 5 m-ə çatır.

Yaponiyanın Honsyu adasında müxtəlif maqnitudalarda ən azı beş güclü zəlzələ baş verib. Yeraltı təkanlar hətta Tokioda da hiss olunub. Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə və ya binaların damlarına çıxmağa çağırılır. Yapon ictimai televiziyasının diktoru canlı yayımda sahilyan ərazilərdə yaşayan sakinləri 2011-ci il zəlzələsini və sunamini xatırlamağa və dərhal qaçmağa çağırıb.

Fəlakətlə əlaqədar məlumat toplamaq və təhlil etmək üçün Baş nazir Fumio Kişidanın ofisində böhran qərargahı fəaliyyətə başlayıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Baş nazir müvafiq nazirlik və idarələrə fəlakətin nəticələrinin aradan qaldırılması və yerli əhalinin qorunması üçün lazım olan hər şeyi etməyi tapşırıb.

***

Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində ən azı iki nəfər ölüb.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. Dağıntılar altında qalanlar var.

***

Yaponiyada silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında ən azı 4 nəfər ölüb.

Bu barədə "Kyodo" agentliyi yerli hökumətə istinadən məlumat yayıb.

İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.

***

Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 50-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Tarix
2024.01.02 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla