Yuxarı

Poroşenko Saakaşvilini baş nazir etməyə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Pyotr Poroşenko Baş nazir Arseni Yaçenyuku istefaya göndərməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb. Mətbuat Poroşenkonun Yaçenyukun yerinə artıq bir neçə namizəd müəyyənləşdirdiyini bildirib. Namizədlər sırasında Ukrayna Radasının spikeri Vladimir Qroysman, Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Turçinov, həmçinin Odessa qubernatoru Mixail Saakaşvilinin də adları var.

Qeyd edək ki, Mixail Saakaşvili Arseni Yaçenyuku dəfələrlə ölkəni iqtisadi böhrana aparmaqda, oliqarxlara himayədarlıq etməkdə günhalandırıb. Hətta bir müddət öncə onlar arasında prezidentin müşavirəsi zamanı münaqişə də yaranıb. Yaçenyuk isə hakimiyyətdən getmək niyyətinin olmadığını bəyan edib. O, hakimiyyətdən bütün hökumət istefaya göndəriləcəyi təqdirdə uzaqlaşacağını bildirib. Dünən mətbuata açıqlama verən Saakaşvili isə iki həftə sonra Ukraynanın yeni baş nazir görəcəyini deyib.

Bəzi ekspertlər hazırda Yaçenyukun əsas tərəfdarlarının ukraynalı oliqarxlar olduğunu deyirlər. Bunlar sırasında xüsusilə yəhudi milyarder İqor Kolomoyskinin adı çəkilir.

Tarix
2016.02.10 / 13:44
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla