Axar.az tarixin ən qəribə ölümləri haqda yazını təqdim
edir:
Meteorit
Hindistanda yaşayan bir adam ağlasığmaz hadisənin qurbanı olub.
40 yaşlı avtobus sürücüsü küçədə su içdiyi zaman başına meteorit
düşüb. Ölən adamın ailəsinə 1000 paund təzminat verilib.
Ayla
qucaqlaşarkən
Li Ponun Çin ədəbiyyatının böyük şairlərindəndir. Çox vaxt
sərxoş olan Li bir axşam Yanqze çayında qayığı ilə gedərkən suya
əksi düşən Ayla qucaqlaşmaq istəyib və boğularaq ölüb.
Uzun saqqal
Avstraliyalı Hans Steininger dünyanın ən uzun saqqalına (1,4
metr) sahib olması ilə tanınırdı. Elə saqqalı da ölümünə səbəb
olub. Hans yaşadığı qəsəbədə baş verən yanğın zamanı saqqalının
alovlanmasından ölüb.
Yeməkdən ölüm
İsveç kralı Adolf Fridrix yeməyi çox sevib. O, 61 yaşında
olarkən ən çox sevdiyi şirniyyatdan 14-ünü yedikdən sonra ölüb.
Ölümsüz
Rasputin
Rusiyalı mistik Qriqori Rasputin on nəfər tərəfindən zəhərlənib,
ancaq ölməyib. Sonra tapança ilə vurulub, lakin sağ qalmağı
bacarıb. Ölümcül vəziyyətdə döyülərək, suya atılıb, yenə sağ qalıb.
Rasputin bir qəsəbədə öz əcəli ilə vəfat edib.
Şərf
Müasir rəqsin anası sayılan İsadora Dunsan 1927-ci ildə şərfinə
görə vəfat edib. Avtomobil sürərkən külək şərfi sükana dolaşdırıb
və nəticədə o boğulub.
Kaktus
27 yaşlı Devid Qrandmen kaktus reklamları üçün çöl bitkilərinə
tapançası ilə atəş açıb. Atəş zamanı kaktusun bir parçası
fırlanaraq onun üstünə düşüb və ölümünə səbəb olub. Qrandmen bu
günə qədər bir bitkiyə görə öldüyü məlum olan yeganə adamdır.
Dezodorant
1998-ci ildə 16 yaşlı bir qız həddindən artıq dezodorant
istifadə etdiyi üçün infarkt keçirərək ölüb. Şəxsi gigiyenaya
düşkün olan qurban gündə iki dəfə bütün bədənini
dezodorantlayırmış.
TV
1975-ci ildə ingilis cütlük televiziyada ən sevimli
proqramlarını izləyərkən kişi yarım saat boyunca dayanmadan
gülməkdən infarkt keçirib. Ərinin ölümündən sonra qadın verilişin
rəhbərliyinə bir məktub yazaraq, onlara həyat yoldaşının son
anlarında onu bu qədər xoşbəxt etdiyi üçün təşəkkürünü
bildirib.
Səhnədə şou zamanı
Dik Şaun komediya aktyoru olub. Səhnədə şou zamanı infarkt
keçirərək ölüb. O, siyasətçiləri və onların seçim kampaniyalarını
masqaraya qoyan verilişlər hazırlayırdı.
Evdə toplanan
zibil
Lanqley və Homer Kollier qardaşları 20 yaşları olan zaman Nyu
Yorka köçüblər. Zəngin bir ailənin övladı olan qardaşlar ətrafdakı
zibilləri evlərinə toplamağa başlayıblar. Tapdıqları hər şeyi
evlərinə gətirən iki gəncin yaşadığı mənzildə 180 ton zibil
tapılıb. 1930-cu illərdə kor olan Homer 10 il sonra revmatizmə görə
yataq xəstəsi olub. Qəribəsi odur ki, evdən yad adamları uzaq
saxlamaq üçün tələlər qurub və Lanqley bu tələyə düşərək zibilin
altında qalıb. Öz qardaşına kömək edə bilməyən Homer isə aclıqdan
ölüb.