Ana səhifə Planet |
ABŞ-ın Cənubi Koreyaya yerləşdirəcəyi THAAD hava hücumundan müdafiə sistemləri Çin üçün təhlükə yarada bilər.
Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər naziri Vanq Yi "Röyter" agentliyinə deyib.
"ABŞ-dan strategiyasını yenidən nəzərdən keçirməsini istəyirik. Həqiqətlər ortadadır. ABŞ-ın yerləşdirəcəyi THAAD sistemləri Koreya yarımadasının ərazisini ötüb keçir və Asiya qitəsinin içərilərinə qədər uzanır. Bu, Çinin və digər Asiya ölkələrinin strateji təhlükəsizlik maraqlarına birbaşa təsir edir. Sıravi insanlar belə THAAD-ın məqsədinin yalnız Cənubi Koreyanı qorumaq olmadığını, hətta Çini hədəf alma məqsədinə xidmət edə biləcəyini bilir", - XİN rəhbəri bildirib.
Qeyd edək ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsindən sonra Cənubi Koreya hökuməti THAAD sistemlərinin ölkəsində yerləşdirilməsi üçün ABŞ-la danışıqlara başlayıb. Vaşinqton və Seul sistemin Cənubi Koreyanı qorumaq üçün hazırlandığını, Çin və ya başqa bir ölkəni hədəf almadığını açıqlayıb.
Tarix
2016.02.13 / 11:14
|
Müəllif
İlham Sahiloğlu
|