Yuxarı

Türkiyə ordusu Ermənistan sərhədində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ordusu Ermənistan sərhədində

Son günlər Türkiyə və Rusiya arasında münasibətlərin daha da kəskinləşməsi Ermənistanı təlaşa salıb.

ANS-in məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutüryan bildirib.

Keçmiş nazir ölkənin müstəqilliyinin birinci günlərindən etibarən Türkiyənin Ermənistanla bağlı apardığı siyasətə diqqət yetirməyə çağırıb.

"1990-cı illərdə Türkiyə Qarabağın qaytarılmasını tələb edərək bizim sərhədlərimizə öz ordusunu gətirdi. Türkiyə Ermənistanla sərhədi bağladı, bizim bu ölkə ilə diplomatik əlaqələrimiz dayandırıldı. Bu, öz növbəsində düşmənçiliyin təzahürüdür. Türkiyə Rusiya bazasının və Rusiya sərhədçilərinin ölkədən çıxardılmasını, Atom Elektrik Stansiyasının bağlanmasını tələb edirdi. Türkiyə hər şey edir ki, Ermənistan öz mövcudluğunu itirsin", - deyə sabiq nazir qeyd edib.

O, sözlərinə əlavə edib ki, Türkiyə yuxarıda sadalananların hamısını Rusiya ilə münasibətlərin gərginləşməsinə qədər edib.

Qeyd edək ki, Türkiyə ordusu Tansu Çillərin başçılıq etdiyi hökumətin vaxtında Ermənistanla sərhədə gətirilmişdi. O zaman Ermənistan Müdafiə Nazirliyinə Vaqarşak Arutünyan başçılıq edirdi.

Tarix
2016.02.15 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla