Yuxarı

Türk tank və topları hücuma keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk tank və topları hücuma keçdi

Türkiyə Silahlı Qüvvələri Suriya ərazisini ağır silahlarla yenidən atəşə tutub.

ANS-in məlumatına görə, TSQ Kilis qəsəbəsindən sərhəd yaxınlığındakı Hələb şəhərinə bağlı Azez qəsəbəsini "Fırtına" topları ilə bombardman edib.

Türkiyə ordusu tanklarla Minaak aviabazasının ətrafında yerləşən Tel-Rifat ve Şavarikat bölgələrinə "Fırtına" topları ilə Akçabağlar bölgəsindən zərbə endirir.

Bu gün səhər saatlarında Rusiya döyüş təyyarələri Kilis qaəsəbəsinin qarşı tərəfində yerləşən Azez qəsəbəsinə hücum edib. Qadın, uşaq və doğum evi ilə məktəb həyətinə atılan bombalar nəticəsində 15 nəfər həyatını itirib, 50-sən artıq insan yaralanıb.

Yaralılardan 20-si Suriya ərazisindən Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib. Yaralı və ölü sayının artacağı istisna edilmir.

Türkiyə Müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, PYD/PKK terrorçuları tərəfindən edilən hücumlara cavab olaraq Türkiyə Silahlı Qüvvələri Azez qəsəbəsini bombalayır.

Türkiyə ordusu Suriya ərazisində PKK terror təşkilatının qanadı olan PYD və YPG terrorçularını fevralın 14-dən bombardman edir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Hərbi Hava Qüvvələrinin YPG-nin Suriyadakı mövqelərinə zərbələr endirdiyinin səbəbini açıqlayıb.

"Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədlərimiz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər", - baş nazir bildirib.

Tarix
2016.02.15 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla