Yuxarı

Etirazçı fermerlərdən Parisdə Makrona “sürpriz” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Etirazçı fermerlərdən Parisdə Makrona “sürpriz” - Video

Parisdə hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fransalı fermerlər polis səddini yarıb Prezident Emmanuel Makronun olduğu kənd təsərrüfatı sərgisinin keçirildiyi məkana daxil olublar.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə yüzlərlə narazı vətəndaş həmin sərginin keçirildiyi binanın yaxınlığında qurulmuş çadır şəhərciyində gecələyib. Bəzi fermerlər traktorlarla Fransa paytaxtına gəliblər.

Məlumata görə, səhər saatlarında etirazçılar “Port de Versal”ın girişinə toplaşıblar. Onlar fit çalıb, hay-küy salıblar. Daha sonra yüzlərlə fermer mərkəzin girişini bağlayan hüquq-mühafizə orqanlarının qurduğu səddi yararaq içəri girə bilib.

Nəticədə mərkəzin ərazisində narazı vətəndaşlarla polis əməkdaşları arasında toqquşma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya soxulan insanları küçəyə çıxarmağa çalışıblar.

Makron həmin an binanın ikinci mərtəbəsində olub. O, fermerlər və həmkarlar ittifaqları ilə danışmaq istəyib. Lakin kənd təsərrüfatı sənayesinin yalnız bəzi nümayəndələri dövlət başçısı ilə görüşməyə razı olub. Bir çox fermerlər onun salonda olmasından narazı qalıb, fitə basıblar.

Tarix
2024.02.24 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla