Yuxarı

Berlin bu zərbəni müzakirə edir, əlimdə səs yazısı var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berlin bu zərbəni müzakirə edir, əlimdə səs yazısı var

“Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, onun əlində yüksək rütbəli Bundesver zabitlərinin Krım körpüsünə zərbələri müzakirə etdiyi səs yazısı var.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında deyib.

“Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etmədiyini və iştirak etməyəcəyini dediyi gün rütbəli yoldaşlarım mənə çox maraqlı bir şey verdilər. Bu maraqlı səs yazısında Bundesverin yüksək rütbəli zabitləri Krım körpüsünü necə bombalayacaqlarını müzakirə edirlər. Söhbət iştirakçıları şübhənin Almaniyanın üzərinə düşməməsi üçün körpünü necə vurmağı araşdırırlar. Səs yazısı 40 dəqiqə davam edir, burada alman zabitlər uzun müddətdir münaqişədə birbaşa iştirak edən Amerika və Britaniya hərbçilərini də xatırladırlar. O qədər maraqlı audiodur ki, onu dərc etmək istəyirəm. Abunəçiləri sevindirmək istəyirəm. Bu vəziyyətlə bağlı Almaniyanın Moskvadakı səfirinə, Almaniyanın xarici işlər nazirinə və şəxsən kansler Şolstsa jurnalist kimi rəsmi müraciəti edirəm. Bunu necə başa düşmək olar? Rusiyanın Berlinə son dəfə rus körpülərinin partladılmasının Almaniya üçün necə başa çatdığını xatırlatmasının vaxtı deyilmi?​ Medianızdan gələn bütün müraciətlərdə adət olduğu kimi, bu gün nahar vaxtınadək cavabı görmək istərdim. Sabah nə olacağını heç vaxt bilmirsən”, - Simonyan qeyd edib.

Tarix
2024.03.01 / 11:24
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla