Yuxarı

Zelenskinin İrəvana səfəri haqda Kiyevdən açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin İrəvana səfəri haqda Kiyevdən açıqlama

Ukrayna heç vaxt Prezident Vladimir Zelenskinin Ermənistana səfər edəcəyi haqda məlumat yaymayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Zelenskinin Ermənistana səfərinin ləğv edilməsi barədə məlumatı şərh edərkən deyib.

O bildirib ki, Kiyev heç vaxt belə səfər barədə məlumat verməyib, ona görə də Prezident Ofisi səfərin ləğvi barədə heç nə deyə bilməz.

Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi barədə məlumatı Ermənistan XİN təkzib etməmişdi. Daha sonra isə Nikol Paşinyanın Münhendə olarkən buna “regional səfər olacağı halda razılaşdığı” bildirildi.

Ötən gün “regional səfər alınmadığı üçün” Zelenskinin Ermənistana səfərinin ləğv edildiyi haqda məlumat yayıldı.

Tarix
2024.03.02 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla