Yuxarı

Moskvada azərbaycanlıların bazarı yandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada əsasən azərbaycanlıların çalışdığı ticarət mərkəzində güclü yanğın baş verib.

ANS-in məlumatına görə, hadisə paytaxtın "Savelovsk" metro stansiyasının yaxınlığında yerləşən eyniadlı bazarda olub.

Mərkəzdə əsasən azərbaycanlılar çalışır və onlar paltar alveri ilə məşğuldur. Yanğın nəticəsində həmyerlilərimizə məxsus olan təxminən iyirmiyə yaxın konteyner yanıb. Bazarda çalışan azərbaycanlılar külli miqdarda ziyana düşdüklərini qeyd edib.

"Bütün mallarımız yandı. Heç nə götürə bilmədik. Qalan malımız da yanğınsöndürənlərin buraxdığı suyun altında qaldı. Yanğının qəsdən törədildiyini ehtimal etmirik. Bu hadisədən sonra bazar bağlanacaq. Burada bir neçə dəfə belə hadisə baş verib. Daha sonra həmin yer bağlanıb. Mənim kimi bir çoxlarına ciddi ziyan dəyib", - deyə bazarda çalışan həmyerlimiz Sadiq Heydərov bildirib.

Yanğın zamanı bazarda çalışanlar dərhal təxliyyə olunub. Hadisə yerinə xilasedici qrup, yanğınsöndürən, polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri barədə açıqlama verilmir.

Rusiyada bazarlarda yanğın ilk dəfə deyil. Son dəfə olaraq Kazanda azərbaycanlı iş adamına məxsus "Admiral" ticarət mərkəzində güclü yanğın olmuşdu. Məlumata görə, hadisə nəticəsində 5 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Onların arasında azərbaycanlılar da var idi.

Ticarət Mərkəzinin direktoru Hüseyn Qəhrəmanov aparılan istintaq çərçivəsində saxlanılıb.

Tarix
2016.02.18 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla