Yuxarı

Kremldən Türkiyəyə erməni xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Birinci Dünya müharibəsi ilə bağlı arxivləri xarici tədqiqatçılarla bərabər, yerli tarixçilər üçün də qapalı olaraq qalır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının spikeri Sergey Narışkin söyləyib. Onun sözlərinə görə, Türkiyə arxivlərində indiyə qədər müharibə ilə bağlı gizli məlumatlar saxlanılır:

"1916-cı ildə olan Ərzurum əməliyyatlarını xatırlamaq kifayətdir. Bunun da nəticəsində rus ordusu Qafqazda türk qoşunlarını məhv etdi. Bu qələbə Türkiyəni fəlakət astanasına gətirdi və Almaniyanın müttəfiqlərindən biri praktiki olaraq sıradan çıxdı. Müharibənin bu dövrü çox diqqətlə öyrənilməlidir".

Qeyd edək ki, 1916-cı il Ərzurum əməliyyatları nəticəsində Rusiya orduları Qafqazdan Anadolunun içərilərinə qədər irəlləməyə nail olublar. Maraqlı məqam orasındadır ki, məhz belə məqamda Rusiya ermənilərin yardımından istifadə edib. Osmanlı ordusunu arxadan vurmağı bacaran ermənilər rusların şəhərlərə rahat şəkildə girməsinə şərait yaradıb. Məhz bu qalibiyyətlərdən sonra Van, Bitlis, Muş, Ərzurum, Ərzincan, Trabzon şəhərlərində müsəlmanlara qarşı böyük qətliamlar başlayıb.

1917-ci il çevrilişindən sonra Osmanlı torpaqlarını tərk etmək məcburiyyətində qalan ruslar məşhur türk qatili Andranik Ozanyanın rəhbərliyi altında burada "Qərbi Ermənistan müvəqqəti hökuməti" yaratdılar. Lakin ermənilərin buradakı hökmranlığı uzun müddət davam etmədi. 1916-cı il əməliyyatları və ermənilərdən Osmanlı ərazilərinə hücum zamanı istifadə etmək planları Rusiya tərəfindən hələ I Dünya savaşı başlamazdan öncə planlaşdırılıb.

Tarix
2016.02.19 / 17:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla