Yuxarı

"Kürdlər Ermənistan ordusunda sıxışdırılır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda kürd əsilli hərbi qulluqçular amansız təzyiqlərə və təqiblərə məruz qalır.

Bunu APA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov Ermənistan silahlı qüvvələrində son itkilərlə bağlı məsələni şərh edərkən deyib.

O bildirib ki, erməni hərbi rəhbərliyinin ordudakı itkiləri öz xalqından gizlətməsi yeni deyil: "Bu haqda xəbərlər dəfələrlə yayılıb. Hətta iş o yerə çatıb ki, əsgər valideynləri övladları barədə heç olmasa cüzi xəbər almaq üçün İrəvanın mərkəzində izdihamlı aksiyalar keçirməyə məcbur olurlar. Fevralın 18-də müəmmalı şəkildə əsgər David Terteryan, bir gün sonra isə Kamo Ovanisyan və Teymur Suloyanın ölümü buna əyani sübutdur. Hər iki hadisə barədə xəbərlər gizlədilsə də, sonda ictimaiyyətin təzyiqi ilə üzləşən hərbi rəhbərlik açıqlama vermək məcburiyyətində qalıb".

Ekspert qeyd edib ki, erməni ictimaiyyətindən və beynəlxalq qurumlardan gizlədilən daha bir məsələ var. Söhbət kürd əsilli hərbi qulluqçuların amansız təzyiqlərə və təqiblərə məruz qalmasıdır. "Elə fevralın 19-da baş verən hadisə zamanı ölən Teymur Suloyan və fevralın 6-da təzyiqlərə dözməyərək hərbi hissəni özbaşına tərk edən əsgər Əziz Bakoyan Ermənistan vətəndaşı olan yezidi kürdüdür. Postsovet məkanında Ermənistan yeganə ölkədir ki, orada milli azlıq kimi yezidi kürdlərdən başqa demək olar digər heç bir xalq, millət yaşamır və etnik qrup yoxdur. Ermənistanın yürütdüyü separatçılıq və irqi düşmənçilik siyasəti nəticəsində digər millətlərin orada yaşaması qeyri-mümkün olub. Ermənilər təkcə azərbaycanlıları öz qədim dədə-baba yurdlarından didərgin salmaqla kifayətlənməyiblər, başqa xalqların da Ermənistan adlanan ərazilərdən qovulmasına nail olublar və indi də bu siyasəti davam etdirirlər. Amma çox təəssüf ki, başqa xalqların hüquqlarının pozulmasına göz yumularaq, beynəlxalq aləmdə bu məsələlərə görə Ermənistanın qınanılmasının belə şahidi olmamışıq", - deyə o vurğulayıb.

Tarix
2016.02.20 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla