Yuxarı

İŞİD-ə qurban gedən uşaqlar – Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə İŞİD sıralarında döyüşərkən həlak olan uşaqların sayı əvvəlki illə müqayisədə 2 dəfə artıb.

Axar.az xəbər verir ki, bu barədə Corciya Universitetinin araşdırmaçı qrupu məlumat yayıb.

Hesabatda 2014-2015-ci illərdə 8-18 yaş arası 89 uşağın qarşıdurmalarda həlak olduğu bildirilib.

"Son 13 ayda İŞİD tərəfindən döyüşlərə göndərilən uşaqların sayı 2014-cü illə müqayisədə 3 dəfə artıb. Öldürülən uşaqların 60 %-i 12-16 yaşlı uşaqlardır. Terrorçuların döyüşə təhrik etdiyi uaşqların 6 %-i isə yaşı 12-yə qədər olanlardır. Milliyətlərinə gəlincə, təşkilat sıralarına daxil edilən uşaqların böyük əksəriyyəti Suriya və İraqdandır", - hesabatda qeyd olunub.

ABŞ ordusuna bağlı "Vest Point" Terrorla Mübarizə Mərkəzinin yaydığı məlumata görə isə 2015-2016-cı illərdə həlak olan 89 uşaqdan 39-u kamikadze olub. Əlinə silah verilən uşaqların 33 %-i isə qarşıdurmaların qurbanı olub.

Hesabatın müəlliflərindən olan Çarli Vinter BBC-yə müsahibəsində uşaq itkilərinin daha çox ola biləcəyini deyib:

"Əslində, ölən uşaqların sayı daha çox ola bilər. Biz, sadəcə, İŞİD-in açıqladığı rəqəmlər üzərində işləyərək bu nəticəyə gəlmişik".

Tarix
2016.02.22 / 10:56
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla