Yuxarı

Moskva teraktı ilə bağlı 11 nəfər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:14

Moskvada “Krokus Siti Holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər Bryansk vilayətində saxlanılıblar.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

***

"Krokus Siti Holl"da hücum həyata keçirən 6 şəxsdən 4-nün kimliyi məlum olub.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Terakt törədən şəxslərin Məhəmmədrəsul Nəsridinov, Rivojidin İsmonov, Şahincan Safolzoda, Rüstəm Nəzərov olduğu bildirilir.

Onların hamısı Tacikistan vətəndaşıdır. Onlardan hansının saxlanıldığı hələlik məlum deyil.

***

Terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla, 11 nəfər saxlanılıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzəsində bildirib.

Məlumata görə, "Krokus Siti Holl"a hücum edən terrorçuların hamısı saxlanılıb.

Tarix
2024.03.23 / 12:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mandatları tükənmiş, arxaik qurumlar... - Nazir

Yenilik lazımdır: MM-dəki “qoca”ları güllələyək?

Paşinyan Əliyevin daha bir tələbini yerinə yetirdi

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü

İlham Əliyev Şen Yueyueni qəbul etdi

Prezident: Bu qurumlar ləğv edilməlidir!

İlham Əliyevdən sülh açıqlaması

Prezident ATƏT sədrini qəbul etdi - Foto

Əhməd müəmması: anlaqsızdırsa, maşını necə sürüb?

Babayandan Naxçıvanla bağlı gözlənilməz çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla