Yuxarı

Tarixi atəşkəsə saatlar qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi atəşkəsə saatlar qaldı

Suriyada 2011-ci ildən bəri davam edən daxili müharibənin dayandırılması ilə bağlı razılaşdırılmış atəşkəsə 3 saat vaxt qalıb.

Axar.az xəbər verir ki, Vaşinqton və Moskva arasında əldə edilən atəşkəs razılaşması Bakı vaxtilə saat 02:00-da qüvvəyə minəcək.

Atəşkəsə 3 saat qalmasına baxmayaraq, Suriya İnsan Haqları Təşkilatı Rusiya qırıcılarının müxaliflərə qarşı hücumları daha da artırdığını bildirib.

Lakin müxaliflərin hədəf alınması ilə bağlı yayılan fikirlər Kreml sözçüsü Dmitri Peskov tərəfindən rədd edilib.

O bildirib ki, Rusiya qırıcıları atəşkəs müddəti ərzində də İŞİD, Nüsrə Cəbhəsi və başqa radikal qruplaşmaları hədəf alacaq.

Qeyd edək ki, fevralın 22-də Rusiya lideri Vladimir Putinlə ABŞ Prezidenti Barak Obama arasında Suriyada atəşkəsin təmin olunması ilə bağlı razılıq əldə olunmuşdu.

Tarix
2016.02.26 / 23:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla