Yuxarı

PKK: "5 min döyüşçü ilə Mosula girəcəyik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK: "5 min döyüşçü ilə Mosula girəcəyik"

PKK-nın silahlı qolları olan Xalq Müdafiə Qüvvələri (HPG) və Şenqal Müqavimət Ordusu (YBŞ) Mosulu İŞİD-dən azad etmək üçün aparılacaq əməliyyatlarda iştirak edəcək.

Axar.az xəbər verir ki, YBŞ komandanı Heval Mazlum Şenqal dağında 2 min döyüşçünün Mosul əməliyyatında iştirak etmək üçün hazır vəziyyətdə gözlədiyini bildirib:

"Mosul əməliyyatı üçün heç kimdən icazə almamışıq. Müttəfiqlərimizi tanıyırıq. Bu barədə fikrimiz qətidir".

Adı çəkilməyən HPG komandanı isə açıqlamasında YBŞ ilə birgə deyil, Mosul əməliyyatında ayrıca iştirak edəcəklərini bildirib:

"2 min 500 döyüşçümüz Mosul üçün hazırlıq görür. İraqın səlahiyyətləri şəxsləri ilə münasibətlərimiz yaxşıdır. Əməliyyat üçün onlardan icazə almışıq".

Lakin Mosul Təhlükəsizlik Komitəsinin sədri Haşim Brifkani sözügedən qruplaşmaların Mosul əməliyyatında iştirakına qarşı çıxıb:

"Biz Haşdi Şabi kimi iraqlı qruplaşmanın Mosul əməliyyatında iştirakına qarşı çıxdığımız halda, HPG və YBŞ-yə necə icazə verə bilərik?"

Qeyd edək ki, uzun müddətdir Mosul İŞİD-in nəzarətindədir.

Tarix
2016.02.29 / 21:54
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla