Yuxarı

Rauf Məmmədov Türkiyədə otel açdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Məmmədov Türkiyədə otel açdı - Foto

Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açıb.

ANS-in məlumatına görə, Rauf Məmmədov adlı iş adamının oteli qonşu ölkənin turistik bölgəsi olan Kəmərdədir.

Otel əsasən mühafizəkar həyat tərzi ilə seçilənlərə və islam ölkələrindən olan turistlərə xidmət edəcək.

"Tac'ün Nisa Resort" Kəmərin ən böyük oteli adını qazanıb. 36 min kvadrat metr ərazidə qurulan otelin 7 min kvadrat metr ərazisi qadınlar üçün ayrılıb. Belə ki, onlar bu ərazidə rahat şəkildə tətil edə, dənizə girə biləcəklər.

İş adamı Türkiyəyə sərmayə qoymasından çox məmnun olduğunu deyib. "Türkiyədə böhran olması ilə bağlı deyilənlərə inanmıram. Qonşu ölkələrə baxanda, Türkiyə gül baxçasıdır. Bunu bizim kimi iş adamları kənardan daha yaxşı görür. İki müəssisə ilə danışıqlarımız davam edir. İnşallah, ən yaxın zamanda onları da öz şirkətimizə qatmak istəyirik".

Bundan öncə də Rusiyada yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov - AST Telman Antaliyada dəbdəbəli otel açmışdı. Dünyanın ən lüks otellərindən hesab edilən "Mardan Palas"ın açılışı 2009-cu ildə baş tutmuşdu.

Azərbaycanlı milyarderin oteli "Mardan Palas" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.

İş adamı oteli atasının şərəfinə adlandırmışdı.

Lakin ciddi maliyyə problemləri yaşayan iş adamı otelini itirib. Belə ki, ötən ilin payızında otel hərrac yolu ilə "Halk Bank"a satılıb.

Tarix
2016.03.01 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla