Yuxarı

Tiflisdə etiraz aksiyası: saxlanılanlar var...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024.04.15 - 22:03

Tiflisin mərkəzindəki Rustaveli prospektində, parlament binasının qarşısında keçirilən aksiyanın təşkilatçıları iştirakçıları parlamentin binasını mühasirəyə almağa çağırıb. Bundan sonra iştirakçılar parlament binasının arxa tərəfinə keçməyə çalışıblar.

Axar.az xəbər verir ki, mitinq iştirakçılarının sözlərinə görə, onlar bu yolla öz səslərini hakim komandanın üzvlərinə çatdırmaq istəyirlər.

Rustaveli prospektində hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Onlar toplaşanları dağılmağa çağıraraq əks halda qanuni tədbirlər tətbiq olunacağını bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etiraz aksiyasının iştirakçılarına müraciət edərək, onları azad toplaşmaq və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb.

DİN-in müraciətində deyilir ki, hər hansı qanun pozuntusu dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.

Əraziyə dəstək olaraq əlavə polis qüvvələri cəlb edilib.

***

Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı 14 nəfərin saxlanıldığı barədə məlumat yayıb.

Tarix
2024.04.16 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla