Yuxarı

Makron Leyenə rəqib axtarır - "Blumberq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş il öncə Ursula fon der Leyenin Avropa Komissiyasına (AK) rəhbər seçilməsində mühüm rol oynamış Fransa Prezidenti Emmanuel Makron indi bu vəzifəyə başqa namizəd tapmaq üçün AB liderləri ilə danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat dərc edib.

Qeyd olunur ki, Avropa Parlamenti seçkilərinə iki aydan az vaxt qaldığı bir müddətdə Makron AB baş nazirləri, o cümlədən İtaliya Baş naziri Corciya Meloni ilə keçmiş Avropa Mərkəzi Bankının (AMB) prezidenti Mario Draqinin AB-də əsas vəzifəyə seçilməsi imkanını müzakirə edib.

Nəşr qeyd edir ki, Leyen xüsusən ticarət danışıqları, iqlim dəyişikliyi və ABŞ-la münasibətlərlə bağlı narazılıqla mübarizə aparır. Emmanuel Makron onun fəaliyyətini açıq şəkildə tənqid edərkən deyib: "Komissiyaya sədrlik ümumi maraqları qorumaq üçün nəzərdə tutulub, ona görə də onu həddən artıq siyasiləşdirmək olmaz".

Nəşr qeyd edir ki, Makronun manevrlərindən asılı olmayaraq, Leyen hələ də seçki yarışında aşkar favorit olaraq qalır.

Tarix
2024.04.24 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla