Yuxarı

Prezidentin inək sağan qadını – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin inək sağan qadını – Foto

Aleksandr Lukaşenko gələcək arvadı Qalina Jelneroviç ilə hələ orta məktəbdə mehriban olub.

Baki-baku.az xəbər verir ki, gələcək prezident qonşu kənddən olan Qalinanın görüşünə yağışa, borana baxmadan 4 km yol qət edərmiş. Məktəbi bitirdikdən sonra Qalina sevgilisinin yolu ilə gedib Mogilyov Pedoqoji İnstitutunun tarix fakültəsinə daxil olur. Deyilənə görə, onu imtahanlara Lukaşenko hazırlaşdırıbmış.

1975-ci ildə evləndikdən sonra gənclər Mogilyovda işə düzəlir və ev kirayələyir. İşləri pis getmir. Bir qədər sonra ailənin ilki Viktor xəstələnir və həkimlər uşağın tələf olmaması üçün ailənin təcili olaraq kənd yerinə köçməsini ciddi şəkildə tövsiyə edirlər. Belarusiyanın birinci xanımı bu barədə belə deyir:

"Saşa o vaxtlar qətiyyən karyera haqda düşünmürdü. Qarşımızda bir məqsəd vardı: oğlumuzu xilas etmək. Ərim onunla ciddi məşğul olurdu. İndi tamamilə sağlamdır".

Hazırda Prezident Lukaşenkonun üç oğlu, yeddi nəvəsi var. Böyük oğlan Viktor 1975, Dmitri 1980-də, sonbeşik Nikolay isə ikinci qardaşından 24 il sonra - 2004-cü ildə dünyaya gəlib. Deyilənə görə, Nikolayın anası Qalina yox, Lukaşenkonun şəxsi həkimi, Prezident İşlər İdarəsi xəstəxanasının keçmiş baş həkimi İrina Abelskayadır.

Hazırda Qalina Lukaşenko ərindən ayrı yaşayır. Amma rəsmi boşanma olmayıb.

Bu şəkil Qalina Rodionovna 90-cı illərin əvvəllərində kənddə inək sağarkən çəkilib. Fotoşəkil qəzetdə dərc edildikdən sonra Qalina Lukaşenko on ildən artıq jurnalistləri yaxınına buraxmayıb.

Tarix
2016.03.04 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla