Yuxarı

İstanbulda 9 ballıq zəlzələ... - Görürdən qorxulu proqnoz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda dağıdıcı zəlzələlər barədə hakimiyyət orqanlarını dəfələrlə xəbərdar edən türkiyəli seysmoloq Naci Görür metropolda 7,6 bal gücündə təkanların olacağını proqnozlaşdırıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, yerli telekanalların birində canlı yayım zamanı danışıb.

“Biz İstanbulda 7,2 bal, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən birini Adalar qırıq xəttində, digərini isə bu çatla birləşən Kumburqazda gözləyirik. Bu qırılmaların hər ikisi birlikdə “parçalansa”, 7,5 bal gücünə çata bilər. Lakin Kumburgaz çatı 7,2 bal gücündə zəlzələlər yarada bilər”, - deyə o xəbərdarlıq edib.

Seysmoloq ölkənin cənub-şərqində - Qəhrəmanmaraşda dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib.

“Qəhrəmanmaraş zəlzələsi ilə bağlı hayqırırdıq, amma heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrar yaşansın. Yenə eyni şeyi deyirik: bir gün hər şey bitəcək. Mərmərə sahilinə yaxın yerlər ən böyük zəlzələ şiddətinə məruz qalacaq. Bu neçədir? 9 bal gücündə”, - deyə professor bildirib.

Tarix
2024.04.27 / 15:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

Tavuş etirazçılarına xəbərdarlıq: Zərərsizləşdiriləcəklər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla