Yuxarı

Tiflisdə mitinq: İvanişvili də gəldi... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:36

Gürcüstanın paytaxtı Tiflisdə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təşkilatçılığı ilə izdihamlı mitinq keçirilib.

Axar.az xəbər verir ki, aksiyada hakim partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, hökumət başçısı, parlamentin sədri, Tiflisin meri və digər rəsmi şəxslər iştirak ediblər.

İlkin hesablamalara görə, aksiyada 150 mindən çox partiya üzvü və tərəfdaş iştirak edib.

Mitinqdə iştirak üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib.

Aksiya ilə əlaqədar Rustaveli prospektində, Azadlıq meydanında və ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

Aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın baş katibi, Tiflisin meri Kaxa Kaladze, partiyanın sədri İrakli Qaribaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və başqaları çıxış edərək Tiflisdə 2 həftədən çoxdur davam edən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyini bildiriblər.

Qeyd olunub ki, qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün hakim partiya özü parlament binasının qarşısında mitinq təşkil edib.

Tarix
2024.04.29 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putinin TŞ-də MDB təlimatı: Rusiya nədən narahatdır?

Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

Lukaşenko Azərbaycana gəldi

Bizim Azərbaycanla sülh yox, müharibə təcrübəmiz var

Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?

Baqrat mitinqə “fasilə” verdi: etiraz alınmadı…

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Səbinə Əliyeva Kazan forumunda iştirak etdi

Azərbaycana bu sahədə dəstək davam etdiriləcək - AB

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla