Yuxarı

Tacikistan Lavrovu yalan bəyanatda ittiham etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Rusiya və Tacikistan xarici işlər nazirləri arasında telefon danışığı olub. Tacikistanın xarici işlər naziri Siracəddin Muhriddin Kremlin Mərkəzi Asiyadan olan miqrantlara münasibətindən qəzəbləndiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ABŞ-ın Müharibənin Araşdırılması İnstitutuna istinadən məlumat yayıb.

“O, Sergey Lavrovla telefon danışığında bildirib ki, Rusiya ərazisinə daxil olan və çıxan miqrantlara nəzarət etmək səyləri Tacikistan-Rusiya münasibətlərini gərginləşdirir. Muhriddin Rusiyanın Tacikistan vətəndaşlarının hüquq və azadlıqlarını pozduğunu vurğulayıb. İnsanlara bu cür münasibət Tacikistan-Rusiya dostluğu prinsiplərinə uyğun gəlmir. Muhriddin Lavrovun “Krokus”dakı terror aktından sonra Kremlin guya Rusiyada yaşayan bu və ya digər etnik və dini qruplara qarşı konkret addımlar atmadığı barədə bəyanatlarını yalan adlandırıb. Əksinə, Moskva yalnız Tacikistandan olan vətəndaşlara mənfi reaksiya verib. “Krokus”da baş verən terror aktından sonra Rusiya hakimiyyəti müsəlmanlara və taciklərə qarşı repressiyaları gücləndirib”, - məlumatda deyilir.

Qeyd edək ki, ötən gün baş tutan telefon danışığı zamanı Lavrovun tacik həmkarına bu tədbirlərin müvəqqəti olduğunu dediyi bildirilmişdi.

Tarix
2024.05.01 / 11:36
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Alen: Bu sözünüzə görə düşmən İrəvanda sərhəd qura bilər!

Əliyev Özbəkistana gedir: "Yol xəritəsi" imzalandı

42 deputat imza topladı: seçkiyə gedirik - Əhmədov

Batyanın yerində bu evdar xanım olsaydı, Bakıya nə deyəcəkdi?

Rəisinin helikopterinin "qəza anı" həqiqətdir? - Video

Rəisi də, mən də bu görüşü... - Prezident

Rəisinin faciəli şəkildə həlak olması... - Əliyev

Prezident İran səfirliyində... - Foto

Prezident Qüdrətovu qəbul etdi

Azərbaycan da matəm elan edə bilərmi? - Aynur Camal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla