Yuxarı

Əlimdə sübutlar var, o, agentdir - Nikol

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edib.

Axar.az xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, delimitasiya prosesini tənqid edənlər ölkədə hərbi münaqişəyə, hakimiyyət dəyişikliyinə can atırlar:

“Rəqiblərin növbəti addımı ölkənin dövlətçiliyinin və suverenliyinin məhvinə gətirib çıxaracaq qeyri-legitim marionet hökumətin qurulması olacaq. Bu, onların ssenarisidir və bu, çox açıqdır”.

Onun sözlərinə görə, buna digər ölkələrdə yerləşən narkobaronlar (Ermənistanın Məhkəmə Aktlarının Məcburi icrası Xidmətinin keçmiş rəhbəri Miqran Poqosyan nəzərdə tutulur - red.), xarici kəşfiyyat xidmətlərində çalışan və onların sifarişlərini yerinə yetirən, təsiredici agent kimi çıxış edən kriminal aləmin nümayəndələri dəstək verir:

“O, yayımlanan səsyazma ilə məşhurdur. Bəs kim dedi ki, onlar bütün səs yazısını dərc ediblər? Əlbəttə, hamısını yox. Onların bəzilərindən hədə-qorxu aləti kimi istifadə edilib və telefon dinləmələrinin xarici xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyinə dair əlimizdə sübutlar var. Səs yazısının digər hissələri bu adamdan ən azı təsiredici agent kimi istifadə etmək üçün saxlanılıb. Mən Artur Vanetsyandan danışıram”.

Tarix
2024.05.07 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

İranın bu məsələyə dair dəstəyini alqışlayırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla