Yuxarı

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi.

Axar.az xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalma olub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara təklif edilir.

Son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında dəyişib. Bu ilin ilk 4 ayında isə məhsul 4 dəfədən çox bahalaşıb. Xarici KİV-də bahalaşma və kəskin ucuzlaşmanın real səbəbi barədə məlumat verilib.

“Figaro”nun əldə etdiyi məlumata görə, beynəlxalq aktorlardan biri qiyməti 20 000 dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə alınıb. Qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.

Tarix
2024.05.08 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

Ermənistan səhv addım atmamalıdır – İlham Əliyev

Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!

İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev

İranın bu məsələyə dair dəstəyini alqışlayırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla