Mart ayı ərzində ancaq daxili çəkişmələr, intizamsızlıq,
silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində
təkcə rəsmi açıqlamalara əsasən Ermənistan ordusunda 5 nəfər ölüb,
10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
ANS-in məlumatına görə, "Planeta Armenia"
saytında dərc edilən xəbərdə bildirilir ki, Ermənistan hakimiyyəti
bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm
faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və
zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail
olur.
Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən
təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd
edib.
Lakin bütün bu qadağalara baxmayaraq sosial şəbəkələrdə və açıq
mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, ordumuzda
vəziyyət bizim təsəvvür etdiyimizdən də qat-qat acınacaqlı, şətin
və ciddidir.
Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ
halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü
mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəzyyətdən yeganə
çıxış yolunu isə onlar özünəqəsddə, müxtəlif bədən xəsarətləri
yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər.
Bəzi hadisələri misal göstərmək olar. Məsələn, Ermənistandan
hərbi xidmətə çağırılan zabit, Levon adlı taqım komandiri, içki
məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə
zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir etdiyi üçün
kütləvi dava düşüb.
Nəticədə bir neçə nəfər ciddi xəsarətlər aldığından təcili
olaraq Stepanakert hərbi hospitalına çatdırılıb. Levonun isə
həkimlər burun və bir neçə qabırğa sınığı diaqnozu qoyublar.
Kütləvi davanın digər iştirakçıları isə İrəvandan gələn təhqiqat
qrupunun üzvlərinə cavab verməli olacaqlar. Çünki artıq
Ermənistanda yerli-qarabağlı prokurorlara etibar etmirlər.
Daha bir fakt. Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına
döyülən Arman Rambelyan ağır vəziyyətdə hərbi hissənin tibb
məntəqəsinə çatdırılıb.
Dağlıq Qarabağdan olan erməni komandiri Xron Qulyan tərəfindən
şəxsi heyət qarşısında döyülən Ermənistandan çağırılan Yerem adlı
hərbi qulluqçunun da səhhətində ciddi problemlər aşkar edilib.
Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən
təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd
edib.
Digər iki hərbçi - kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon
Akopcanyan da təhqirlərə və alçaldılmaya tab gətirməyərək xidmət
yerlərini özbaşına tərk ediblər.
Daha bir fakt isə martın 14-də Noyemberyan rayonu ərazisindəki
yerləşən hərbi hissələrin birində əsgərin ölümüdür. Elə aravot.am
saytının yaydığı xəbərə görə əsgər Kamo Martirosyan məhz özünəqəsd
nəticəsində dünyasını dəyişib. Amma ölüm hadisəsi çox mənasız və
sadə səbəbdən baş verib.
Yemək zamanı bir banka "tuşonka"nı (qablaşdırılmış ət) əsgərlər
və komandirlər arasında bölə bilmədikləri üçün təhqirlərdən bezən
əsgər avtomat silahdan atəş açaraq özünü öldürüb.
Ermənistan hakimiyyətinin qadagalarına baxmayarq sızan
məlumatlara əsasən belə bir sadə nəticəyə gəlmək olar ki, odrumuzda
xidmətdən yayınma məqsədilə özünə xəsarət yetirmə adi hadisə,
suiqəsd isə təbii haldır.
Amma narahatçılıq doğuran daha bir halda mövcuddur. Bu əsgərlər
arasında panikadır. Orduda vəziyyət hətta o yerə çatıb ki, qorxudan
erməni hərbçiləri tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında
olan öz mövqelərini səhv salaraq atəşə tuturlar.
P.S. Martın 15-də Ermənistan müdafiə nazirliyi Hərbi polisinin
xüsusi əməliyyat xidməti əməkdaşları tərəəfindən külli miqdarda
rüşvət alarkən MN departamentinin əməkdaşı Arsen Qəribcanyan
saxlanılıb. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.