Yuxarı

Azərbaycan xoşbəxt ölkələr arasında neçənci yerdədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan xoşbəxt ölkələr arasında neçənci yerdədir?

Azərbaycan dünyanın ən xoşbəxt ölkələri sırasında 81-ci yerdə qərarlaşıb.

ANS-in məlumatına görə, bu barədə Dünya xoşbəxtlik hesabatı"nın ("World happiness report") saytında yazılıb. 156 ölkənin yer aldığı siyahıda Azərbaycan 81-ci yerdə bərqərar olub.

Qonşu ölkələrdən ikisi reytinqdə ölkəmizi qabaqlasa da, üçü xeyli geri qalır. Belə ki, siyahıda İran 105, Ermənistan 121, Gürcüstan 126, Rusiya 50, Türkiyə isə 78-ci yerdə qərarlaşıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində Dayanıqlı İnkişaf Məsələlərinin Həlli Şəbəkəsi və Kolumbiya Universitetinin Yer İnstitutu tərəfindən hazırlanan bu siyahıda son üçlükdə Toqo (155-ci yer), Suriya (156-ci yer), Burundidir (157-ci yer).

Reytinq ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafının nəticələri əsasında hazırlanıb.

Ötən il isə Azərbaycan adı çəkilən reytinqdə qonşuları Gürcüstan, Ermənistan və İranı qabaqlayaraq 158 ölkə arasında 80-ci yeri tutub. İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Ermənistan isə 127-ci yerdə gəlir. Türkiyə 76, Rusiya 64-cü yerdə olub.

Hesabata görə, 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir.

Tarix
2016.03.16 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla