Yuxarı

Pezeşkian seçilsə, İrəvanla bağlı siyasət... - Sübhani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq.

Axar.az xəbər verir ki, bunu Tehranın İrəvandakı səfiri Mehdi Sübhani erməni jurnalistinin ölkə prezidenti postuna namizədlərdən birinin azərbaycanlı olması ilə bağlı sualını cavablandırarkən deyib.

“İranın Ermənistanla bağlı siyasəti prinsipialdır, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək”, - o bildirib.

Səfir seçki kampaniyası zamanı bütün namizədlərin qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiyini vurğulayıb. O qeyd edib ki, İranda çoxlu etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir:

“İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək”.

Qeyd edək ki, bu gün İranda prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda birinci turunun lideri, islahatçı və azərbaycanlı Məsud Pezeşkian və onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili yarışır.

Tarix
2024.07.05 / 13:35
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Simonyan azərbaycanlı həmkarı ilə görüşəcək

Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

Mühüm səbəb: Azərbaycanlılar Gürcüstana geri qayıdır - Video

380 min azərbaycanlı geri qayıtmalıdır - Kılıç

Milyonçular sürətlə bu ölkələri tərk edir

Mən Qərbi Azərbaycandan qovulan nəslin övladıyam

Yeni prezident seçildi, İranla münasibətlər... - Bayramov

İrəvandan bu istiqamətdə addımlar atmaqlarını gözləyirik

Pezeşkian Xameneinin “qorxunc ssenarisidir” - Sensasion iddia

İki gündə Ermənistana ikinci şok: Sülh təcili bağlanmasa...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla