Yuxarı

Ərdoğan UEFA-nın cəzasından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın Türkiyə millisinin futbolçusu Merih Dəmiralı diskvalifikasiya etmək qərarını bütün türk xalqı üçün cəza hesab edirəm.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Qərbin bizə mentalitet baxımından yanaşması dəyişməyib, hissləri hələ də eynidir. Merih Dəmirala verdikləri cəza əvvəldən razılaşdırılıb. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadır. Bunun üçün ən yaxşı mükafat Niderlandla matçda qələbə olardı. Təəssüf ki, bu baş vermədi. Amma qarşıda 2026-cı il dünya çempionatı və 2028-ci il Avropa çempionatı var. Onlara ən yaxşı şəkildə hazırlaşaraq, intiqam almaq şansımız olacağına ümid edirik”, - Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, futbolçuya qarşı sanksiyalara səbəb türk millətçilərinin oyundan sonra göstərdiyi Bozqurd işarəsi olub:

“Məsələ Bozqurd jestinə görə cəzalandırmaqdırsa, məsələn, almanların qartalı var. Siz buna görə cəzalandırırsınız? Yox. Fransızların xoruzu var. Onları cəzalandırırsınız? Xeyr”.

Tarix
2024.07.07 / 15:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla