Yuxarı

Starmer Netanyahu və Abbasla danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yeni baş naziri Keyr Starmer İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin İOfisinin bəyanatında deyilib.

Netanyahu ilə telefon danışığı zamanı Starmer Londonun zərərli təhdidlərin qarşısını almaq üçün İsraillə əməkdaşlığı davam etdirməyə sadiq olduğunu deyib.

Starmer İsrailin Livanla şimal sərhədindəki vəziyyətin böyük narahatlıq doğurduğunu vurğulayıb.

Qəzza zolağındakı vəziyyətdən danışan britaniyalı baş nazir atəşkəs, girovların qaytarılması və mülki şəxslərə çatdırılan humanitar yardımın həcminin artırılmasının zəruriliyini bildirib. O əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır.

Mahmud Abbasla söhbətində Starmer Fələstin üçün islahatların və beynəlxalq legitimliyin təmin edilməsinin vacibliyini söyləyb.

Tarix
2024.07.07 / 17:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla