Yuxarı

Bütün Gürcüstan fəlakət riski altındadır - Ekoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın demək olar ki, əksər regionları bu və ya digər dərəcədə hansısa təbii fəlakət riski altındadır.

Axar.az Azərtac-a istinadənxəbər verir ki, bu sözləri “Gürcüstan Yaşıllar Hərəkatı - Yer kürəsinin Dostları” təşkilatının sədri Nino Çxobadze Gürcüstanda qlobal iqlim dəyişikliyi ilə bağlı məsələni şərh edərkən deyib.

Mütəxəssisin sözlərinə görə, son 10 ildə aparılan araşdırmalar və statistik məlumatlar onu göstərir ki, Gürcüstanda yüksək temperatur qeydə alınıb. Son vaxtlar ekstremal temperaturların müddəti də artıb. Bunun da əsas səbəblərindən biri qlobal iqlim dəyişikliyidir:

“Buxarlanma daha da güclənir və bu da hava çatışmazlığına səbəb olur. Bu cür hallar, xüsusən də soyutma problemli tikinti bumu olan yerlərdə daha çox baş verir”.

O bildirib ki, bu yaxınlarda Kaxeti bölgəsində gözlənilmədən qasırğa baş verib. Belə havaya bölgədə heç vaxt rast gəlinməyib:

"İndiyə qədər biz Qara dəniz bölgələrinə daha çox diqqət yetirirdik, amma indi onları ayırd etmək olmur. Ona görə də qeyd edirəm ki, Gürcüstanın bütün regionları müəyyən təbii fəlakət riski altındadır”.

Tarix
2024.07.07 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

MM-dən XİN-ə: ABŞ Qafqaza geosiyasi rəqabət gətirir

ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib - Müraciət

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Deputatlardan Bayramova müraciət: ABŞ-la sazişlərə xitam verilsin!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla