Yuxarı

Obamadan azərbaycanlı ata-oğula ilginc şərh - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obamadan azərbaycanlı ata-oğula ilginc şərh - Video

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama azərbaycanlı ata və oğulun şəklinə şərh yazıb.

ATV.az xəbər verir ki, Brandon Stanton adlı amerikalı jurnalist Təbrizdə çəkdiyi fotonu paylaşaraq azərbaycanlı atanın ona danışdığı hadisəni şəklin altına əlavə edib:

"Bu gün oğlumun 10 yaşı tamam olur. O çox ürəyi yumşaq, mehriban uşaqdır. Onun beş yaşı olanda biz bazarlığa gedib qaysı aldıq. O məndən qaysı olan torbanı götürməyə icazə istədi. Mən də icazə verdim. Özüm qabağda gedirdim. O da arxamca gəlirdi. Mən ona dedim ki, bəsdir, yoruldun, torbanı ver mən götürüm. O da dedi ki, qaysının hamısnı payladım. Mən bilirdim ki, insanları sevən bir övlad tərbiyə etmişəm".

Barak Obama təbrizli ailənin bu şəklini bəyənib və şərh yazıb. Bu hadisənin çox ruhlandırıcı olduğunu bildirən Obama Təbrizli atanın övladına verdiyi tərbiyənin nəticəsini yavaş-yavaş gördüyünü qeyd edib. Obama bu hadisənin ona xüsusi hisslər yaşatdığını əlavə edib: "Ümidvaram bu uşaq digər insanlara kömək etmək hissini heç zaman itirməz. Mən bütün dünyanı belə gənclərin öz potensialları ilə yaşaması üçün əlverişli məkana çevirməyə çalışıram".

Obama həmçinin qeyd edib: "Ümidvaram ki, bir gün təbrizli oğlanı görsəm mənə də qaysı verər".

Obamanın bu şərhini qısa müddətdə 166 mindən çox insan bəyənib.

Tarix
2016.03.24 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla