Yuxarı

Roma papası istefa verə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roma papası istefa verə bilər

Roma papası I Fransiskin yaxınlarından "Le Figaro"ya verilən məlumata görə, papa tezliklə istefaya gedə bilər.

77 yaşlı ilk latın amerikalı papanın öz missiyasını başa vurduqdan sonra taxtından əl çəkəcəyini təxmin edənlər çox idi. Məsələ burasındadır ki, kardinal Berqolyonun bu posta namizədliyinin səbəbi də katolik kilsəsində islahatların aparılması idi. Odur ki, o, sübut etməyə və itirməyə bir şeyi olmayan şəxs kimi tanınırdı. Onun gəlişi ilə kilsənin daha açıq, daha cəlbedici olduğu heç kimdə şübhə doğurmur. Onun sələfləri II İohan Pavel və XVI Benedikt bunu bacarmamışdı.

Eyni mənbə Roma suvereninin dincəlmədən işlədiyini, məzuniyyət götürmədiyini və işə hər gün səhər saat 4:30-da başladığını deyir. Bununla belə o, saatlarla dua edərkən mürgüləməyi də unutmur.

Mümkün istefa qərarı XVI Benediktin tarixi istefası ilə əlaqədar deyil. Qeyd edək ki, papalar ömürlük seçilir və XVI Benediktin vaxtından əvvəl taxtı tərk etməsi görünməmiş hadisə idi. Teoloqlar bu yeniliyin papa hakimiyyətinin zəifləməsinə, onun ilahi xarakterinin sual altına düşməsinə səbəb olacağını deyirlər. ("Eunews.az")

Tarix
2014.02.12 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla