Yuxarı

"Bakıdakı trasdan heç yerdə yoxdur"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakıdakı trasdan heç yerdə yoxdur"

Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisində "Baku City Circuit" trası dünyada bütün şəhər trasları arasında ən sürətlisi olacaq.

ANS-in məlumatına görə, bunu "Baku City Circuit" trasının almaniyalı arxitektoru German Tilke deyib.

Tilkenin sözlərinə görə, Bakıdakı Formula-1 trası digərlərindən çox fərqlənəcək:

"Bakı mərhələsi təqvimdə ən həyəcanlı mərhələlərdən biri olacaq. Əlbəttə, Bakıdakı trası digər traslarla müqayisə etmək olmaz, çünki şəhərin içində qurulub. Bununla yanaşı, digər şəhər traslarından fərqlənir. Bizim hesablamalara görə, bir dairəni keçmə müddəti təxminən 101 saniyə təşkil edəcək, lakin əlbəttə ki, bu, yarışçıların hazırlığından asılı olacaq.

Trasda ən mürəkkəb döngələrdən biri 8-cidir, burada maksimum sürət saatda 204 kilometr olacaq. 8-ci ilə 9-cu döngələr arasındakı məntəqədə minumum sürətin saatda 86 kilometr olacağı gözlənilir".

German Tilke qeyd edib ki, Bakıdakı trasda 2014-ci ildən işləməyə başlayıb. Almaniyalı arxitektor Bakının gözəlliyini vurulduğunu deyib. O, paytaxt sakinlərinin qonaqpərvər olduğunu və yarışın start verilməsinə yaxınlaşdıqça daha çox həyəcanlandığını bildirib.

17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarışları izləmək üçün biletlər fevral ayının 19-dan satışa çıxarılıb. Biletləri Bakı Şəhər Halqasının rəsmi saytından əldə etmək olar.

Tarix
2016.03.25 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla