Yuxarı

"İŞİD-dən sonra kürd-şiə savaşı başlayacaq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İŞİD-dən sonra kürd-şiə savaşı başlayacaq"

İraqda İŞİD-ə qarşı mübarizə bitdikdən sonra şiə təriqətli Haşdi-Şabi qruplaşması ilə kürdlər arasında yeni müharibə yaşana bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə peşmərgənin terrora qarşı mübarizə komandanı Polad Cəngi çıxış edib.

O, İŞİD kabusunun bitməsindən sonra kürd-şiə savaşının başlayacağını istisna etməyib:

"Havicə və Mosul kimi iri şəhərlərin İŞİD-dən alınmasından sonra İraq hökuməti və Haşdi-Şabi ilə problemlər yaşamağa başlayacağıq. Onlar azad etdiyimiz topraqlardan çıxmağımızı istəyəcəklər. Lakin biz uğrunda döyüşdüyümüz şəhərlərdən getmək fikrində deyilik. Biz bilirik ki, əvvəl-axır bu məsələdə İraq hökuməti ilə problemlər yaşayacağıq"

Qeyd edək ki, hazırda Tuzhurmati bölgəsində İraq kürdləri ilə İranın dəstək verdiyi şiə təriqətli Haşdi-Şabi qruplaşması arasında çəkişmələr yaşanır.

Tarix
2016.03.28 / 19:14
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla