Dünyanı kim idarə
edir?
1980-ci illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Planet
Sintezi İnstitutunun əməkdaşı Milton Kuperin "Məxfi hökumət" adlı
məqaləsi mediada işıq üzü görəndən sonra böyük rezonansa səbəb
oldu. Əslində, məruzə kimi hazırlanan məqalədə uzun illər gizli
saxlanılan məlumatlar ilk dəfə olaraq ictimaiyyətə
çatdırılırdı.
Məqaləni təqdim edirik:
Trumenin gizli missiyası
II Dünya Müharibəsi zamanı ABŞ atom bombasını yaratdı və onu
sınaqdan keçirdi. Elə bu vaxt Harri Trumen hökuməti ABŞ-ın Nyu
Meksika adlanan ərazisində yadplanetlilərə aid kosmik gəminin
qəzaya uğraması xəbərini aldı. 1947-ci ilin yanvarından 1952-ci
ilin dekabrınadək ən azı 16 yadplanetli gəmisi qəzaya uğramış,
yaxud məcburi enişlər etmişdilər. Nəticədə amerikalılar 65
yadplanetlini ölü, birini isə diri halda ələ keçirdilər. Bu
hadisələrə sonradan "tam məxfi" qrifi vuruldu. Sonradan bu kimi
başqa hadisələr də gizli saxlanıldı.
ABŞ-ın müdafiə naziri Ceyms Forrestl isə bunların gizli
saxlanmasına qarşı çıxdı və "Xalq hər şeyi bilməlidir" devizi ilə
hökumət rəhbərləri ilə görüşlər keçirdi. Nəticədə Trumen hökuməti
onu istefa verməyə məcbur etdi və əsəb xəstəlikləri sanatoriyasına
yolladı. Məqsəd isə təbii ki, tam başqa idi, sadəcə, nazirin nəsə
danışacağından qorxurdular. Elə o səbəbdən də nazir sanatoriyada
sui-qəsd nəticəsində öldürüldü.
1948-ci ildə sağ ikən ələ keçirilən yadplanetli isə xeyli vaxt
özünə gələ bilmədi. Ona bioloji varlıq adı verdilər. Bütün gününü
uzanmış vəziyyətdə keçirən yadplanetlinin dili yalnız iki ildən
sonra açıldı. Ondan bəzi məlumatları ala bildilər. Onun dedikləri
sadəcə olaraq hamını şoka salan tükürpərdici məlumatlar idi. Amma o
çox yaşamadı. 1952-ci ildə məhv oldu.
Bəşəri xilas üçün "Siqma" layihəsi
Elə həmin il ABŞ prezidenti Trumenin göstərişi ilə Fövqəlməxfi
Milli Təhlükəsizlik İdarəsi yaradıldı. Bu idarənin vəzifəsi
yadplanetlilərin danışıqlarını açmaq və onlarla əlaqə yaratmaq,
dialoqa girmək idi. Amma bu idarənin əsas vəzifəsi bütün Yer üzünün
istənilən nöqtəsində yadplanetlilərlə insanların rabitəsini aşkara
çıxarmaq və bunun gizliliyini təmin etmək idi. Həmin layihəyə
"Siqma" adını verdilər. Trumen SSRİ də daxil olmaqla öz
müttəfiqlərinə məsələnin yalnız müəyyən qismini izah edir, "uçan
boşqabları" birmənalı şəkildə bəşəriyyət üçün təhlükə adlandırırdı.
Hətta müttəfiqlər yadplanetlilərin nə zamansa Yerə hücum edəcəyini
nəzərə alaraq xüsusi müdafiə planı hazırlamışdılar. Bütün
məlumatlar mətbuatdan gizli saxlanılırdı. Məlumatların məxfiliyini
qorumaq məqsədilə mərkəzi Cenevrə şəhərində yerləşən "Bilder
Dürges" gizli cəmiyyətini yaratdılar. Bu cəmiyyət inkişaf edib
məxfi dünya hökumətinə çevrildi. Hazırda bu hökumət HAMIYA
RƏHBƏRLİK EDİR!
Yeni yadplanetlilər - yeni problemlər
1953-cü ildə Eyzenhauerin hakimiyyəti illərində 10 "uçan boşqab"
qəzaya uğradı. Bunlardan 4 yadplanetli sağ tapıldı. Prezident
yadplanetlilər problemini həll etməli idi. Bu məqsədlə dostu Nelson
Rokfellerə müraciət edir və onlar birlikdə "Əksəriyyət-12"
təşkilatını yaradırlar. Bu zaman isə prezident Rokfellerə müraciət
etməklə həm ABŞ-ı, həm də Yer kürəsinin gələcəyi üçün böyük səhv
addım atmış olur. 1953-cü ildən sonra Yerə kosmik gəmilərin axını
başlayır. Bu isə Yer kürəsi üçün yaranan gələcək təhlükələrdən
xəbər verirdi. 1952-ci ildə yaradılan və əsas məqsədi
yadplanetlilərin danışığını tutmaq, şifrələri açmaq olan "Siqma"
layihəsi həqiqətən də bu işi müəyyən dərəcədə bacardı. Əksər
radiosiqnalları tutdu. Amma bu, hələ son deyildi. Çünki "Siqma"nın
da aça bilmədiyi müəmmalar çox idi. Bu müəmmalar sonradan
bəşəriyyət üçün təhlükəyə çevriləcəkdi...
(ardı var)
Moderator.az