Yuxarı

Kreml Qazaxıstanı bölməyə hazırlaşır – Plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qazaxıstanda Krıma bənzər destabilizasiya ssenarilərini reallaşdırmağa hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında ekspert Vitali Sokolenko söyləyib. Onun sözlərinə görə, son il yarım ərzində Qazaxıstanda rusiyayönlü qüvvələrin aktivliyi bu ölkənin hakimiyyəti üçün təhlükəni artırır:

"Bu ssenarilərin reallaşması Rusiyadakı daxili siyasi situasiya pisləşəcəyi, ya da Qazaxıstanda qəflətən rejim dəyişikliyi zamanı həyata keçirilə bilər. Buna həmçinin Donbas döyüşlərindən qayıtmış şəxslərin siyasi aktivliyinin artması da şərait yaradır. Xüsusən, bu şəxslər Rusiya ilə sərhəddə yerləşən etnik ruslardır. Üstəlik, Qazaxıstan ordusunda bu gün də kifayət qədər rusiyayönlü elementlər mövcuddur. Bu, təxminən ümumi ordunun 15%-ni təşkil edir. Həmin dəstəkçilər sırasında Qazaxıstan ordusunun zabitləri də var. Kremlin aktiv fəaliyyətinin başlaması nəticəsində bir sıra bölgələr dərhal öz ərazilərində (xüsusilə Şərqi Qazaxıstan) Rusiya bayrağını qaldıra bilərlər. Son 10 il ərzində yaradılan müxtəlif kazak ittifaqları artıq yarıhərbi təşkilatlara çevriliblər. Onlar isə tam rusiyayönlü siyasət yürüdürlər. Bu, Qazaxıstanın müstəqilliyini və suverenliyini şübhə altına qoyur. Hazırda Kreml Qazaxıstan hökumətini bu tip təşkilatların ləğv edilməməsi üçün təhdid edir. Bu isə həmin rusiyayönlü təşkilatların ölkədə mövqelərini gücləndirməsinə imkan yaradır".

Tarix
2016.03.29 / 09:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla