Yuxarı

Rus təyyarələri yaxınlaşdı, alman qırıcılar havaya qaldırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus təyyarələri yaxınlaşdı, alman qırıcılar havaya qaldırıldı

Baltik dənizi zonasında NATO-nun hava patrulu missiyasında iştirak edən Almaniyanın "Tayfun" (Eurofighter) qırıcıları Rusiya qırıcılarına görə havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

“Bu gün Rusiya təyyarələrinin uçuş planı və transponder siqnalı olmadan uçması səbəbindən Laage aviabazasından və Latviyanın Lielvarde aerodromundan çevik reaksiya qüvvələrimizə xəbərdarlıq edilib”, - məlumatda qeyd edilir.

Bildirilib ki, alman qırıcılar Baltik səmasında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-142 və Su-30 təyyarələrini müşayiət edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hərbi aviasiyasının bütün uçuşlarının hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyini açıqlamışdı.

Tarix
2024.09.13 / 23:37
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla