Yuxarı

Erməni silahlı qruplaşması Nikola qarşı – MKİ hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni silahlı qruplaşması Nikola qarşı – MKİ hərəkətə keçdi

Rusiyada ermənilərdən təşkil olunan “Arbat” silahlı qruplaşması Ermənistanın Baş naziri Nikol Paşinyanın başını hələ çox ağrıdacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı İrəvanın yaydığı rəsmi məlumata münasibətində bildirib.

O bildirib ki, keçmiş “Vaqner” muzdulusu olan Ayk Qasparyan Rusiyada yaşayan ermənilərdən ibarət “Arbat” qruplaşmasını yaratdıqdan sonra Kremlin yeni əmrlərini yerinə yetirməyə başlayıb:

“Əlbəttə, “Arbat” Ukraynada işğalçı müharibədə iştirak üçün təsis edilib, ancaq qruplaşmaya Ermənistan vətəndaşları ilə keçmiş Qarabağ separatçılarının cəlbi ondan xəbər verir ki, Ayk Qasparyan başqa tapşırığı da yerinə yetirməyə hazırdır. Nikol Paşinyanı Ermənistandakı radikallar yıxa bilmədilər, ümid qalır “Arbat” qruplaşmasına. Ermənistanın radikal müxalifət nümayəndələrinin bugünlərdə işğal altındakı Donbasa ziyarəti də təsadüfi deyil. Onlar Donbasda yerli separatçılarla danışıqlar aparıblar. Həmin radikallar Donbasa getmişkən Ayk Qasparyanla görüşüb ondan dəstək istəyə bilərdilər. Amerikalılar hələ ki, Nikol Paşinyanı yaxşı qoruyurlar, Ermənistanın baş nazirinə qarşı sui-qəsd planının ifşasıyla bağlı əməliyyatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsinin rolu istisna deyil”.

Tarix
2024.09.18 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla