Yuxarı

İnsana nağılda olduğunu düşündürən şəhər – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsana nağılda olduğunu düşündürən şəhər – Foto

Brügge nağılların həqiqət olduğunu düşündürən bir şəhərdir. Şəhərin sehirli gözəlliyi insanda bir filmin ortasındaymış kimi hisslər yaradır. Brügge Belçikanın Flandriya əyalətinin mərkəzidir.

Axar.az bu tarixi və sehirli şəhər haqqında məlumatı təqdim edir:

Brügge şəhəri tarixi qeydlərdə bir çox fərqli adlarda yer alıb. Bu şəhər Amsterdam, Stokholm və Hamburq kimi kanal mərkəzli şəhər olduğu üçün "Şimalın Venesiyası" adlandırılıb.

Tarixi şəhərin dəniz sahilində yerləşməsi onu tarixi baxımdan liman şəhəri olaraq xatırladır. 11-ci əsrdə Avropanın mərkəzi olan Brügge bir-iki kanal istisna olmaqla, sellər və coğrafi dəyişikliklərə görə dənizlə əlaqəsini itirib.

Brüggenin tarixi mərkəzi çox kiçik olduğundan bir günə də gəzmək mümkündür. Hər mövsümdə bir cür gözəl olan Brügge yayda tətil sezonunun başlamasına görə turist axını ilə üz-üzə qalır. Buna görə də şəhəri aprel, may aylarında gəzmək daha yaxşı olar.

Brügge şəhərində küçələri gəzdikcə, xüsusilə şokolad mağazalarının qarşısından keçərkən dadlı şokoladın qoxusunu hiss edəcəksiniz. Bu şəhərin əsas ənənəsi göz oxşayan əl işi krujevalardır. Bu gözəl əl işlərini krujeva hazırlanan və satılan mağazalarda seyr etmək mümkündür.

Gecə gəzintisini sevən adamlar üçün Brügge heç də uyğun bir şəhər deyil. Burada gecələri rahatlıqla gəzmək olmur. Şəhər həftə sonu, xüsusilə erkən saatlarda müdhiş bir səssizliyə sahibdir.

Rəvayətə görə, tək qaş brilyant nişan üzüyünün tarixi də bu şəhərlə bağlıdır.

Brüssel hökmdarı cəsur Çarlzın Burqdlyu Mari adlı bir qızı olur. Atasının tək qızı olan Mari ilə evlənmək istəyənlər çox olur. Lakin onunla Arşidükü Maximilian evlənir. Arşidük nişan üzüyü kimi Mariyə tək qaş brilyant hədiyyə edir. Rəvayətə görə, bir çox qadının xəyallarını bəzəyən bu ənənə buradan gəlir.

Bu tarixi şəhərin heç genişlənmədiyi və II Dünya müharibəsi zamanı heç bir zərər görmədiyinə görə, orta dövr Avropa memarlığının ən gözəl nümunəsi olaraq qəbul edilir.

Buna görə də, Brügge şəhəri YUNESKO Dünya Mədəniyyət Mirası siyahısında yer alır.

Tarix
2016.04.12 / 00:55
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ceyhun Bayramov Budanovla görüşdü

Azərbaycan da mövqeyini dəyişəcək - Çepa

Rusiya və Ermənistan arasında kritik telefon danışığı

XİN-dən bu ölkə ilə bağlı paylaşım

Azərbaycan və Ukrayna XİN başçıları görüşdü

Bayramov Ukraynada AXC-yə dair sənədlərə baxdı - Foto

Bayramov İrpen şəhərində - Foto

Ukraynaya qaz tədarük etməyə hazırıq - Nazir

Sibiqa Azərbaycana başsağlığı verdi

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla