Ölkənin birinci şəxsləri belə bəzən emosiyalarını
cilovlaya bilmir.
Axar.az prezidentlərin nələrə güldüyünü əks etdirən unikal
videoları bir araya toplayıb.
Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin alman jurnalistin NATO-nun
raket qalxanının Rusiyaya qarşı deyil, İran əleyhinə tikildiyi
fikrinə gülür:
Bill Klinton
ABŞ-ın keçmiş prezidenti Bill Klintonun eks-prezident Boris
Yeltsinlə görüşü zamanı uzun müddət dünya mətbuatının manşetlərini
bəzəyən hadisə baş vermişdi. Yeltsin tərəflərin görüşünün baş
tutmayacağını iddia edən BMT-nin proqnozunun yanlış çıxdığını
demişdi. Tərcüməçi isə səhvən bu sözü Amerika slanqı (söyüş) kimi
tərcümə etmişdi:
"BMT bizim görüşümüzün baş tutmamasını proqnozlaşdırmaqla öz
altını batırdı".
Aleksandr
Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuat konfransında ONT
kanalının danışdığı lətifəyə gülür:
"Bir gün Barak Obama, Dmitri Medvedyev və Aleksandr Lukaşenko
qayıqda gedir. Obama deyir: "Mən ABŞ kimi dünya nəhəngi olan bir
dövlətin rəhbəriyəm, avar çəkə bilmərəm. Medvedyev deyir: "Mən
Rusiya kimi hegemon bir dövlətin prezidentiyəm, mən də avar çəkə
bilmərəm".
Bu vaxt Lukaşenko deyir: "Gəlin səsvermə edək. Kimin avar
çəkəcəyinə demokratik yolla qərar verək".
Tərəflər razılaşır. Bir müddət sonra Medvedyevlə Obama avar
çəkir, Lukaşenko isə yerini rahatlayıb ətrafa boylanır. Obama
Medvedyevə deyir: "Deyəsən, Lukaşenko bizi yenə aldatdı. Biz üç
nəfərik, amma ona dörd nəfər səs verdi".
Corc Buş
ABŞ-ın 43-cü prezidenti Corc Buşu jurnalistin Oklahoma ştatına
prezidenti görmək üçün çox sayda adamın toplaşdığını deməsi
səbəbsiz yerə güldürür:
Barak Obama
ABŞ Prezidenti Barak Obamanı "Deyli Şou" verilişində jurnalistin
verdiyi sual güldürür. Jurnalist prezidentdən soruşur:
"Biz Yaxın Şərqdə kimi bombalayırıq? Hansı komandanın
tərəfindəyik?"
Pyotr Poroşenko
Ukrayna lideri Pyotr Poroşenko çox çətin qərarlar qəbul etdiyini
dilə gətirərkən özünü saxlaya bilmir. "Baş nazirdən də yardım
istəyə bilərdim" dedikdən sonra isə prezident ürəkdən gülməyə
başlayır: