Yuxarı

Əgər Rusiya və Belarusa hücum olsa... - Putin hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər Rusiya və Belarusa hücum olsa... - Putin hədələdi

Biz İttifaq Dövlətinin üzvü kimi Rusiya və Belarusa qarşı təcavüz halında nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Rusiyanın nüvə doktrinasına ediləcək düzəlişlərdən danışarkən deyib.

Putin düşmənin adi silahlardan istifadə edərək ölkə suverenliyinə kritik təhlükə yaradacağı təqdirdə də analoji addımı atacaqlarını deyib:

"Bütün bu məsələlər Belarus tərəfi ilə, Belarus prezidenti ilə razılaşdırılıb".

Putin nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzünün hücum kimi qiymətləndiriləcəyini bildirib:

"Rusiyanın nüvə silahından istifadəyə keçməsinin şərtləri açıq şəkildə ifadə olunub. Aerokosmik hücum silahlarının kütləvi şəkildə buraxılması və onların dövlət sərhədimizi keçməsi barədə etibarlı məlumat əldə etdikdən sonra bu ehtimalı nəzərdən keçirəcəyik. Mən strateji və ya taktiki təyyarələri, qanadlı raketləri, dronları, hipersəsli və digər təyyarələri nəzərdə tuturam".

Qeyd edək ki, Rusiyanın nüvə silahından istifadə şərtlərinin genişləndirilməsi yenilənmiş nüvə doktrinasında təsdiqlənəcək.

Tarix
2024.09.25 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Metropoliteni yenə “2” aldı - Şok zərər

İranın Ermənistanı “vəfasızlıq”da suçlamasının səbəbləri

Azər Bayramov nazir müavini təyin edildi

Bakı 4 ermənini təhvil verdi, digərləri də buraxılacaq?

İran Ermənistana qarşı hərəkətə keçdi

Azərbaycanı ləkələmək istəyən ermənilərə aid hesablar

İsraillə birgə süni mayalanma mərkəzi yaradılacaq - Nazir

Sevinc Osmanqızı və Abid Qafarovun cəzası bəlli oldu

XİN-dən TRİPP marşrutu ilə bağlı açıqlama

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək – İlk dəfə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla